Fantastik məbləğ təklif edilən Ferdi ilə bağlı surpriz qərar

İstanbulun "Fənərbağça" klubu Ferdi Kadıoğlu ilə bağlı qərar qəbul edib.

Metbuat.az NTV Spor-a istinadən xəbər verir ki, futbolçuya çox sayda təkliflərin gəlməsinə baxmayaraq, türk klubu oyunçunu satmaq istəmir. Klubun futbolçuya 5 illik yeni müqavilə və ciddi bir maaş artımı təklif edəcəyi iddia olunur.

Qeyd edək ki, Avropa Çempionatında türkiyə millisinin heyətində göstərdiyi performansla diqqət çəkən Ferdiyə bir çox Avropa klublarından təklif gəlib. Son olaraq İngiltərənin "Brayton" klubu Ferdi üçün 35 milyon avro təklif edib.

2018-ci ildən "Fənərbağça" forması geyinən Ferdi Kadıoğlu klubda 200-dən çox oyunda meydana çıxıb. Ötən mövsüm 51 matça çıxan Ferdi 3 qol və 5 məhsuldar ötürmə ilə oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı