"TikTok"da bu videoları izləmək qadınlara mənfi təsir edirmiş

Mütəxəssislər "TikTok"da arıqlamaqla əlaqəli videoların qadınlara necə təsir etməsi ilə bağlı araşdırma aparıblar.

Metbuat.az "The Conversation"a istinadən xəbər verir ki, tədqiqat zamanı mütəxəssislər "TikTok"dan istifadə edən 18-28 yaş arası 273 qızı təsadüfi olaraq iki qrupa ayırıblar.

Bir qrupdakı şəxslərə "TikTok"da yer alan fitness, arıqlama və pəhriz məzmunlu 7-8 dəqiqəlik videolar göstərilib. Digər qrup isə təbiət, yemək bişirmə və heyvanlar haqqında videolar kimi “neytral” məzmunlu bir sıra "TikTok" videolarına baxıblar.

Nəticədə məlum olub ki, hər iki qrupdakı insanlarda videoları izlədikdən sonra öz bədənlərindən məmnunluq azalıb. Lakin bu azalma ilk qrupda daha çox olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR