Rusiya iqtisadiyyatı kəskin şəkildə yavaşlayacaq - "Bloomberg"

Ukraynaya qarşı müharibənin böyük xərclərindən əziyyət çəkən Rusiya iqtisadiyyatı kəskin şəkildə yavaşlaya bilər. Bu dəyişikliklərin əsas səbəbi sanksiyalardır.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır. Məqalədə qeyd edilir ki, ölkədə hərbi müəssisələr arasında şiddətli rəqabət şəraitində insan resursları emək olar ki, tükənib və bu, müdafiə sənayesinin inkişafını məhdudlaşdıracaq.

Eyni zamanda, Rusiyada tikinti və bank sektorunda faiz dərəcələri yüksəlir, çünki dövlət tərəfindən subsidiyalaşdırılan ipoteka proqramlarının əksəriyyəti mərhələli şəkildə dayandırılıb.

İqtisadçılar ikinci rübdə Rusiyada ÜDM-in illik müqayisədə 4%-dən çox artacağını gözləyirlər, lakin qalan aylarda artımın yarıya enməsi ehtimalı var. İqtisadçı Aleksey İsakov Rusiyanın iqtisadi artımının ilin ikinci yarısında təqribən 2%-ə qədər yavaşlayacağını və gələn il 0,5-1,5%-ə çatacağını gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı