Bu meyvələr beyni daim sağlam saxlayır

Aparılan elmi araşdırmalar qidalanma və beyin sağlamlığı arasında əlaqəni danılmaz edib. Çoxlu tədqiqatlar göstərir ki, meyvələr, tərəvəzlər, bitki zülalları və balıqlarla zəngin bir pəhriz demensiya riskini azaldır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, meyvələr antioksidantlardan əlavə, beynin özünü qidalandırması üçün lazım olan digər faydalı maddələri, xüsusən də karbohidratları özündə ehtiva edir.

Beyin üçün faydalı meyvələr sırasında qaragilə və üzüm var ki, bunlar da antioksidant mənbəyidir. Araşdırmalar qırmızı üzümün daimi qəbul edilməsinin beyinin fəaliyyətini gücləndirdiyini göstərir.

Eyni zamanda, gündə bir banan yeməyin beyin üçün faydalı olduğu bildirilir - bu, həm də bağırsaqlar üçün faydalıdır.

Sitrus meyvələri də beyin üçün faydalıdır. Məsələn, portağallarda çoxlu C vitamini var ki, bu da təcrübədən göründüyü kimi yaddaşı yaxşılaşdırmağa kömək edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı