Jurnalist namizədliyini geri götürdü - SƏBƏB

Anar Əlişah oğlu Nağıyev deputatlığa namizədliyini geri götürüb.

Metbuat.az xəbər verir ki, o, bu addımı şəhid atası Akif Kərimova dəstək üçün atıb. Anar Nağıyev seçicilərini şəhid atasına səs verməyə çağırıb.

Qeyd edək ki, şəhid atası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional Bölməsinin məsul şəxsi, Göyçay rayon ictimai Şuranın sədri Akif Kərimov 7 ci növbədənkənar çağırış Parlament seçkilərinə namizəddir.

Xatırladaq ki, şəhid Orxan Akif oğlu Kərimli 9.10.2019 il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 10 oktyabr 2020 il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Cəsur döyüşçü” (18.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı