15 il "Real"da oynadı - "Barselona"ya transfer olmaq üzrədir

“Barselona” müdafiə xəttinin cinahına futbolçu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Balde təcrübəsiz futbolçu olduğuna görə, klub həmin cinaha təcrübəli oyunçu transfer etmək istəyir. Məlumata görə, “Barselona” həmin mövqe üçün Reqilonla danışıqlar aparır. İddialara görə, futbolçu razılıq verib. “Barselona” “Tottenhem”lə razılığa gələ bilərsə transfer reallaşacaq.

Qeyd edək ki, Reqilon 2005-ci ildə “Barselona”nın əzəli rəqibi “Real Madrid”in gənclər komandasına qoşulub. O, 2020-ci ildə “Tottenhem”ə transfer olana qədər klubda 15 il keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR