Çempionlar Liqasının III təsnifat mərhələsində “Lüdororets”lə (Bolqarıstan) qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.
Klubdan Metbuat.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl bu vacib səfər matçında komandasını tək qoymayıb.
O, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.