Bu ölkələr İranı eskalasiyadan çəkinməyə çağırdı

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İran hakimiyyətini İsrailə qarşı davamlı hərbi hücum təhdidlərindən əl çəkməyə çağırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə başçılarının danışıqlarının yekunu üzrə "Ağ Ev"in dərc etdiyi bəyanatda deyilir.

Bildirilib ki, tərəflər belə bir hücumun baş verəcəyi təqdirdə regional təhlükəsizlik üçün nəticələrini də müzakirə ediblər.

Qeyd edək ki, İran iyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə qarşı böyük zərbə endirəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı