Rusiya hərbçiləri su qıtlığı ilə üz-üzə qaldı

Ukraynada döyüşən bəzi Rusiya hərbi birləşmələri içməli su qıtlığı yaşayır.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Rusiyanın zərbələri nəticəsində ictimai infrastruktura dəyən ziyan su təchizatını azaldır. Su təchizatı ilə bağlı problem regionda yüksək temperatur olan dövrdə daha da kəskinləşəcək", - Britaniya kəşfiyyatı bildirib.

Paylaşımda deyilir ki, rus pilotlar üçün su rasionu gündə bir litrlə məhdudlaşdırılıb. Bu səbəbdən rus pilotları su üçün yerli sakinlərə müraciət ediblər. Böyük Britaniyanın Müdafiə Nazirliyi əlavə edib ki, su qıtlığına cavab olaraq, bəzi Rusiya hərbi hissələri gündəlik su tələbatı üçün durğun gölməçələrdən istifadə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı