Klassik musiqi dinləmək bu xəstəliyi sağaldırmış

Klassik musiqi dinləməyin müalicəyə cavab verməyən depressiya xəstələrində mövcud olan simptomları yaxşılaşdırdığı məlum olub.

Metbuat.az bildirir ki, 23 depressiya xəstəsi ilə Çində aparılan bir araşdırma zamanı onların beyinlərinə elektrotlar yerləşdirilib. Mütəxəssislər həmin şəxslərə klassik musiqi dinlədərək beyinlərindəki dəyişikliyi müşahidə ediblər.

Xəstələrə əsasən Qərb klassik musiqisi dinlədilib. Onların arasında Bethoven, Çaykovski, Bax, Motsart və Vivaldinin ən yaxşı əsərləri yer alıb.

Müşahidə zamanı depressiya xəstələrində mövcud olan simptomlarda yaxşılaşma görülüb. Maraqlıdır ki, musiqinin məzmununun şən və ya kədərli olması xəstələrə müəyyən təsir göstərməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı