2600 il əvvələ aid boru kəməri tapıldı - FOTO

Hindistanın cənubunda, Tamil Nadudakı "Keeladi" adlanan sahədə aparılan arxeoloji qazıntıların onuncu mərhələsi zamanı elm adamları 2600 il əvvəl insanlar tərəfindən tətbiq edilən boru kəməri tapıblar.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qazıntılar zamanı qapalı kanal, açıq drenaj və bir neçə kiçik su anbarı aşkar edilib, bu da qədim insanların çox yaxşı planlaşdırılmış su idarəetmə sistemini göstərir:

"Ancaq ən heyrətamiz tapıntı silindrik qormada olan boru kəməridir. Bu qədim mühəndislik möcüzəsindən aydın olur ki, Kiladi xalqı çaydan gil qablara su toplamaqdan daha çox şey ediblər".

Tamil Nadu Arxeologiya Departamentinin rəsmiləri bildiriblər ki, boru kəməri təxminən 36 sm uzunluğunda və 18 sm enində olan altı silindrik strukturdan ibarətdir. Mütəxəssislərin fikrincə, boru kəməri suyun nəqli üçün istifadə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı