Ukraynanın Kurska girməsinin detalları açıqlandı

"Ukrayna qırıcıları avqustun 6-na keçən gecə Kursk vilayətində Rusiya Federasiyası ilə sərhədi asanlıqla keçiblər".

Metbuat.az xəbər verir ki, bu barədə BBC əməliyyatda iştirak edən Ukrayna hərbçilərinə istinadən məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı rusların müqaviməti minimal olub, ona görə də elə həmin gün Ukrayna Silahlı Qüvvələri Sudja şəhərinin qərb kənarına çatıblar.

Hərbçilərin verdiyi məlumata görə, Ukraynaya məxsus dronlar iki gün ərzində sərhədi keçmək üçün yol açıblar. Bir gün əvvəl onlara Sumi rayonuna gəlmək əmri verilib, missiyanın məqsədi son ana qədər gizli saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR