Kurskda bu ölkənin tankları istifadə edilib - KİV

Ukrayna qoşunları Rusiya ərazisinə hücum zamanı Britaniyanın “Challenger 2” tanklarından istifadə etmiş ola bilər.

Metbuat.az bildirir ki, bu barədə "Sky News" yazır. Məlumatda qeyd edilir ki, əgər fakt doğrudursa, bu, Ukrayna əsgərlərinin idarə etdiyi Britaniya tanklarının Rusiya ərazisində ilk dəfə istifadə edilməsi deməkdir.

Britaniya Müdafiə Nazirliyi əməliyyat təfərrüatlarına şərh verməkdən imtina edib.

Ukrayna Silahlı Qüvvələri mövzu ilə bağlı açıqlama verməyib.

Böyük Britaniya höküməti Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından sərbəst istifadə edə biləcəyini təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı