156 min hektara yaxın ərazi minadan təmizlənib

"Bu gün Laçın şəhərində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun səyyar iclası baş tutacaq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütamadi olaraq səyyar toplantılar keçirir".

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

    O bildirib ki, Laçına gedərkən əməliyyat sahələrinə baş çəkiblər. Cəbrayıl rayonunun Sarıcallı, Cocuq Mərcanlı kəndlərində aparılan mina təmizləmə əməliyyatlarının gedişi ilə tanış olublar.

    ANAMA sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 156 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Həmin ərazilərdə 151 mindən çox mina və partlamamış hərbi sursat aşkar olunub.

    V.Suleymanov təəssüflə qeyd edib ki, mina qurbanlarının sayı artır: "Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. İndiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, ümumlikdə 377 nəfər mina qurbanı olub”.

    V. Süleymanov qeyd edib ki, ilin sonuna kimi Ağdama köç nəzərdə tutulduğundan əsas hədəf həmin əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı