İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
O deyib ki, yerli müşahidəçilərin sayı 93 964 nəfərə çatıb: "Onlardan 5859-u MSK-da, 88105-i isə Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb".