"Ruslar Kurska 100 min əsgər gətirməli olacaq" - Ukrayna

Ukrayna ordusunun Kursk vilayətində hücum əməliyyatı ilə əlaqədar ruslar bu bölgəyə 50 mindən 100 minədək hərbçi köçürməli olacaqlar.

Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko bildirib. O, Rusiyanın Kursk bölgəsinə qoşun yeritmək məcburiyyətində qalacağını və artıq buna başladığını bildirib.

"Rusiya ordusu bir neçə problemlə üzləşdi.Onlar ordunun işini yenidən istiqamətləndirmək məcburiyyətindədirlər. Bunların hamısı vaxt tələb edir, bu zamana görə biz istiqamətlərimizi genişləndiririk - həm cinahlar, həm də düşmən ərazisinin dərinliyinə doğru irəliləyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı