Bakı regionun vahəsinə çevrilir - Putin

"Bakıda olmaqdan, bu şəhərə yenidən heyran olmaqdan çox şadam".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibli görüşdə bildirib.

    O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı şəhərinin inkişafına göstərdiyi böyük diqqət barədə çox eşidib: "Görünür ki, şəhər inkişaf edir. Şəhər uğurlu inkişaf edir və deyərdim ki, regionun vahəsinə çevrilir".

    Putin Azərbaycanda rus dilinə göstərdiyi diqqətə və bu dilin öyrənildiyi məktəblərin işinə görə Azərbaycana minnətdar olduğunu da söyləyib. Rusiya Prezidenti xatırladıb ki, Azərbaycanda 300 rusdilli məktəb, eləcə də Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR