Dilan Polat azadlığa buraxıldı

Sosial media fenomeni Dilan Polat azadlığa buraxılıb.

Metbuat.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, 11 aydır həbsdə olan Dilan Polatın həbslə bağlı qərara etirazına baxılıb və o həbsdən azad edilib.

Qeyd edək ki, sosial media fenomeni ötən ilin noyabr ayında çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilmişdi. Saxlanılanlar arasında onun həyat yoldaşı və digər 24 nəfər də var idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı