Azərbaycan meyvə-tərəvəz ixracından bu qədər qazanıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4% və ya 16.3 milyon dollar, həcmi isə 7.2% və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edib.

    Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində tomat (116.9 min ton) , 54.5 milyon dollar dəyərində meşə fındığı (8 844 ton), 27.8 milyon dollar dəyərində xurma (35.4 min ton), 23.6 milyon dollar dəyərində alma (35.4 min ton ), 20.4 milyon dollar dəyərində kartof (48.2 min ton), 3.3 milyon dollar dəyərində nar (3651 ton) olub.

    Əlavə edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.38%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20.48%-ə bərabər olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı