Seçki Könüllüləri gənc seçiciləri məlumatlandırmağa davam edir - VİDEO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi davam edir.

Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində könüllülər tərəfindən gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır.

Qeyd edək ki, “Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı