"Qarabağ" Avropada bunu bacaran beş klubdan biri oldu

"Qarabağ" avrokuboklarda bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. "Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında 4 qol vurmağı bacarıb.

Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın "Lans" (1977/1978), Kiprin "Omoniya" (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı