Məhərrəmlik ayı bu tarixdə bitəcək

Azərbaycanda Məhərrəmlik ayı avqustun 24-də bitəcək.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.

Bildirib ki, ondan sonra 10 gün Səfər ayı başlayacaq.

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentyabrın 3-də bitəcək.

Beləliklə, Məhərrəmlikdə yas tutub şadlıq etmək istəməyənlər sentyabrın 4-dən sonra toy edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı