​“Ermənilər bizdən başqa heç kimə lazım deyil” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Ermənistanla Qərb arasındakı münasibətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o, Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyünü bildirib. Lukaşenko İrəvanın bu siyasətini tənqid edib:

“Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Ermənilər öz iqtisadiyyatlarını inkişaf etdirməli və sahib olduqlarına diqqət etməlidirlər. Hansı Fransa, hansı Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”.

Aleksandr Lukaşenko qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri fövqəladə hallarda yardım üçün Rusiya və Belarusa müraciət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı