"Qarabağ"ın matçına 300 manata bilet satılır - FOTO

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Metbuat.az xəbər verir ki, klubun yaydığı məlumata görə, artıq 21 mindən çox bilet alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti uyğun olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR