Durovun işi ilə bağlı sabah rəsmi açıqlama veriləcək

Paris prokurorluğu avqustun 26-da Telegram-ın təsisçisi Pavel Durovun işi ilə bağlı mətbuata açıqlama verməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu məlumatı TASS-a Paris prokurorluğundan bildiriblər. Məlumata görə, tam mətbuat bəyanatı bazar ertəsi dərc olunacaq. Bu bəyanatda Durovun saxlanma səbəbləri və işin hazırkı vəziyyəti aydınlaşdırılacaq.

Qeyd edək ki, Durovun saxlanması ilə bağlı indiyə qədərki məlumatları yalnız Fransa mediası yayır. Fransa hakimiyyət orqanları isə bu məsələdə hələlik rəsmi açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı