Cəlilovun nəvəsi xəstəxanadan buna görə buraxılıb

Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn yeniyetmə nəvəsi Əli-Afiyəddin yenidən müzakirə mövzusu olub. Bu dəfə onun Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etməsini əks etdirən görüntülər yayılıb. O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

Metbuat.az xəbər verir ki, "Oxu.az" məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.

Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:

"12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb".

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı