Putin və Tokayev bu məsələləri müzakirə etdi

Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, söhbət zamanı ikitərəfli əməkdaşlıq, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib ki, ölkə başçıları həmçinin Vladimir Putinin Astanaya rəsmi səfərinə yüksək keyfiyyətli hazırlığın təmin edilməsi barədə razılığa gəliblər. Bundan əlavə, dövlət başçıları beynəlxalq gündəliyi müzakirə ediblər.

Daha sonra prezidentlər birgə layihələrin həyata keçirilməsini müzakirə edib. Rusiya tərəfi KTMT iclasında iştirak etmək üçün noyabrda Qazaxıstana səfər etmək dəvətini də qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı