Nüvə enerjisi Kiyev üçün yeganə xilasdır - "Politico"

Ukrayna tarixinin ən çətin qışı ərəfəsində nüvə enerjisi ölkə üçün bəlkə də yeganə xilasdır.

Metbuat.az bildirir ki, bu barədə “Politico” nəşrinin məqaləsində deyilir. Ukrayna energetika naziri German Qaluşenko mövzu ilə bağlı deyib:

“Bizim enerji sistemimiz bu təzyiqə ilk növbədə nüvə enerjisi sayəsində tab gətirə bilər”.

Məhz buna görə də Ukrayna Qərb tərəfdaşlarının dəstəyi ilə Xmelnitski AES-də iki nüvə blokunun tikintisini başa çatdırmağa çalışır. Xatırladaq ki, daha əvvəl Ukrayna hökuməti Xmelnitski stansiyasında iki nüvə blokunun tikintisinin başa çatdırılması haqqında qanun layihəsini təsdiqləyib. Layihə daha sonra parlament komitəsi tərəfindən bəyənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı