Azərbaycan Prezidenti BRİCS sammitinə dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Rəsmi Moskva Bakının müvafiq birliyə üzvlüklə bağlı müraciətini dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə məlumat verib.

Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə münasibət bildirən nazir müavini Moskvanın buna çox sevindiyini qeyd edib.

“Biz Azərbaycanın müraciətini dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan BRİCS-ə qoşulmaqla, şübhəsiz ki, əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir”, - Ryabkov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı