Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin ümumi müraciəti qeydə alınıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, müraciət edən şəxslərdən 7 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.

Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı