Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olunub.

İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb.

Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı