İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı 40 min 819-a çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı isə 94 min 291-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.