İsraili tənqid edən müəllim işdən çıxarıldı

Fransanın Tuluza şəhərindəki "Toulouse School of Economics" (TSE) Universitetində işləyən müəllim Benoit Huou İsrail haqqında söylədiyi fikirlərə görə işdən azad edilib.

Metbuat.az bildirir ki, riyaziyyat dərsi verən Huou sentyabrın 3-də dərsdən əvvəl etdiyi çıxışda İsrailin Qəzzaya hücumlarını tənqid edən açıqlamalar verib və bu, rəhbərliyin reaksiyasına səbəb olub.

Universitet rəhbərliyi verdiyi yazılı açıqlamada Huonun sözlərinin kursla heç bir əlaqəsi olmadığını və qərəzsiz təhsil prinsipinin pozulduğunu iddia edib.

Vəzifəsindən uzaqlaşdırılan müəllim, sentyabrın 3-də təxminən 200 tələbənin iştirak etdiyi mühazirə zalında etdiyi çıxışda "Lancet" elmi araşdırma jurnalında dərc edilmiş məqaləyə istinad edib. 2023-cü ilin sonundan bəri İsrailin hücumları nəticəsində 200 minə yaxın fələstinlinin həyatını itirdiyi təxmin edilən məqalədəki məlumatları tələbələri ilə paylaşan Huou "görünməmiş miqyaslı" hücumları qınadığını bildirib.

Fransa hökumətinin İsraili dəstəkləməsinə də reaksiya verən Huou İsraili boykot etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı