​İsrailin müdafiə naziri HƏMAS liderini təhdid etdi

İsrailin müdafiə naziri Yoav Qallant işğal altındakı Netzarimdə HƏMAS-la bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, İsrail əsgərləri ilə görüşən Qallant açıqlamasında HƏMAS lideri Yəhya Sinvara təhdid mesajı göndərib. O bildirib ki, İsrail Qəzzada məqsədlərinə çatacaq. O bəyan edib ki, İsrail HƏMAS liderləri olan Muhammed Sinvarı və Yahya Sinvarı ələ keçirəcək. Onun sözlərinə görə, bunun əksini düşünənlər Mərvan İsa və Muhammed Deyfə baxsınlar.

Qeyd edək ki, İsrail ordusu bundan əvvəl HƏMAS-ın 3 nömrəli nümayəndəsi hesab edilən Mərvan İssanı və HƏMAS-ın silahlı qanadı İzzəddin Əl Qəssam Briqadasının lideri Muhammed Deifi zərərsizləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı