Çin Xalq Respublikasının xarici işlər naziri Van İn Rusiyaya gedəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər sentyabrın 11-12-də baş tutacaq.
Çinin Xarici İşlər naziri BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin görüşündə iştirak etmək üçün Rusiyaya səfər edəcək.