Qəzzada ölənlərin sayı 41 mini keçdi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 41 mini keçib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 32 fələstinlinin həyatını itirdiyi, 100 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 20-yə, yaralı sayının isə 94 min 925-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı