Ukraynada müharibə bu tarixdə bitə bilər

Ukrayna prezidenti Vladimir Zelenski bu payızda müharibəni bitirmək üçün Rusiyaya beynəlxalq təzyiqlərə ümid edir.

Metbuat.az UNİAN-a istinadən bildirir ki, cəbhə xəttində yaxşı perspektivlərin olmadığını və bəzi əsas müttəfiqlərdən gələn hərbi yardımının azala biləcəyi riskini dərk edən Ukrayna prezidenti Vladimir Zelenski bu payızda müharibəyə son qoymaq üçün birtərəfli yol xəritəsi üzərində işləyir və Rusiyaya beynəlxalq təzyiqlərə arxalanır.

Zelenski ilk dəfə avqustun 27-də “qələbə planı”nın təfərrüatlarını açıqlayıb.

"Mən bu planı Rusiya Federasiyasının iradəsi və ya istəksizliyi ilə deyil, tərəfdaşlarımız sayəsində həyata keçirə biləcəyimizə əsaslanaraq qurdum", - deyə Ukrayna prezidenti bildirib.

Bu məqsədə çatmaq üçün əsas rıçaqlardan biri Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatlar olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı