UEFA Millətlər Liqasında qrup mərhələsinin ikinci turuna yekun vurulub.
Metbuat.az xəbər verir ki, son oyun günündə maraqlı qarşılaşmalar baş tutub. Niderland millisi doğma meydanda Almaniya yığmasını qəbul edib. Gərgin mübarizə və qarşılıqlı qollarla yadda qalan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Digər matçlarda Macarıstan ilə Bosniya və Herseqovina arasındakı görüşdə hesab açılmayıb - 0:0.
Gürcüstan səfərdə Albaniyanı minimal hesabla məğlub edib - 0:1.
Çexiya isə Ukrayna üzərində qələbə qazanıb - 3:2.