Şikayətlərə baxırıq, gözümüzdən tük də qaçmır - MSK sədri

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində nəticələri ləğv edilmiş hər üç məntəqəyə biz veb-kamerada baxmışıq.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil:

"125 dairə üzrə cəmi 12 müraciət daxil olub. Deməli, seçki çox yüksək səviyyədə keçib. Müəyyən dairələr üzrə hay-küy salma halları var. Biz görüntülərə baxırıq. Şikayətlərlə bağlı əlavə görüntülər daxil olsa, ona da baxacağıq. Bu gün də görüntülərə baxacağıq. 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən olam namizəd də gətirib prezident seçkisində olan görüntünü təqdim edir. Biz dönə-dönə nümayiş etdiririk ki, gözümüzdən tük də qaçmır. Biz işimizə ciddi yanaşırıq. Xüsusilə şikayətlərin araşdırılmasında biz hər detala fikir veririk”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR