Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışdı

"Əsir götürülən və ya Rusiyada həbsdə olan Krım tatarlarının hərbi əsirlərə dəyişdirilməsində fəal işləyirik. Bunu həyata keçirmək üçün müsəlman ölkələri, Türkiyə və Azərbaycan ilə fəal işləyirik"

Metbuat.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna bu istiqamətdə BƏƏ, Qətər, Türkiyə və Azərbaycan kimi tərəfdaşlar vasitəsilə işləyir, çünki bu müsəlman ölkələrinin bu məsələdə böyük təsiri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR