İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 118-ə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda daha 34 fələstinlinin həyatını itirdiyi, 96 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd edilib ki, ölənlərin sayı 41 min 118-ə, yaralı sayı isə 95 min 125-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.