"Real"a sevindirici xəbər - Qayıtdılar

“Real”ın 3 futbolçusu zədəsini sağaldıb.

Metbuat.az xəbər verir ki, bunlar yarımmüdafiəçilər Cud Bellingem, Orelyen Tçuameni və müdafiəçi Eder Militaodur. Onlar komanda ilə məşqlərə başlayıblar. Yeni sağalan futbolçuların La Liqanın 5-ci turunda “Real Sosyedad”a qarşı matçda oynamaq ehtimalı da var.

Qeyd edək ki, “Real Sosyedad” – “Real” qarşılaşması 14 sentyabrda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı