"Qalatasaray" cinah transferini başa vurmaq üzrədir.
Metbuat.az bildirir ki, Nikola Zalevskini razı sala bilməyən sarı-qırmızılılar Roland Sallai ilə prinsipdə razılığa gəliblər. İstanbul təmsilçisi "Frayburq" ilə transferlə bağlı danışıqların son mərhələsindədir.
Tərəflər razılaşarsa, macar cinah yarımmüdafiəçisi bu axşam İstanbula gələcək və 4 illik müqavilə imzalayacaq.
7 mövsüm Bundesliqa komandasında çıxış edən Roland Sallai 163 matçda 27 qol vurub, 23 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Super Liqada yay transfer pəncərəsi bu axşam bağlanacaq.