“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur xoşagəlməz açıqlamasına görə bir neçə oyunu buraxa bilər.
Metbuat.az xəbər verir ki, futbolçu komanda yoldaşı Son Hın Minə etdiyi zarafata görə diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib.
Belə ki, o, Sonun formasını vermək istənildikdə, gülərək, cənubi koreyalıların bir-birinə çox bənzədiyini bildirib.