Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin oktyabrından bu yana İsrailin Qəzzadakı əməliyyatları nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, 95 337 nəfər yaralanıb”, – qurum bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı