“Zirə” doğma meydanda “Neftçi”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Salifu Suma və Rafael Utziq vurublar.

Tura bu gün saat 20:30-da baş tutacaq "Sabah" - "Turan Tovuz" - oyunu ilə yekun vurulacaq.

Turun daha əvvəl keçirilən matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR