ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Respublikaçıların təşviqat qərargahı bəyanat yayıb.
Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin X sosial hesabında bunları qeyd edib:
"Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər".