İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 252-yə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 26 nəfəin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.
Məlumata görə, ölənlərin sayı 41 min 252-yə, yaralıların sayı isə 95 min 497-yə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.