Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.
Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.