​HƏMAS lideri İsrailin kəşfiyyatından belə gizlənir

HƏMAS lideri Yəhya Sinvarın İsrailin kəşfiyyatından gizlənmək üçün istifadə etdiyi üsul üzə çıxıb.

Metbuat.az xəbər verir ki, “The Wall Street Journal” Sinvarın İsraildən necə gizləndiyini yazıb. Məlumata görə, HƏMAS lideri İsrail kəşfiyyatında gizlənmək üçün heç bir texnoloji cihazdan istifadə etmir. Bildirilir ki, Yəhya Sinvar yeraltı tunellərdə gizlənərkən belə texnologiya əvəzinə əl yazısı qeydlər və kuryerlərdən ibarət çox mürəkkəb əlaqə sistemindən istifadə edir.

İsrailin yerini müəyyən edə bilmədiyi HƏMAS lideri Sinvarın Qəzzada olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı